#İran Prezidenti

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehrandakı Sədabad Sarayında İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib. ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın mərhum ali lideri Əli Xameneinin xatirəsinə həsr olunmuş dövlət mərasimində iştirak etmək üçün İrana səfər edən Cevdet Yılmaz görüş barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

İran Prezidenti Məsud Pezeşkian son açıqlamasında ölkəsinin həm təhlükəsizlik sahəsində, həm də diplomatik müstəvidə fəaliyyətini davam etdirdiyini bəyan edib. O bildirib ki, İranın əsas məqsədi milli təhlükəsizliyin qorunması və xalqın sülh şəraitində yaşamasının təmin edilməsidir. Prezident vurğulayıb ki, Tehran heç bir təhdid qarşısında geri çəkilməyəcək və ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edəcək. Bununla yanaşı, Pezeşkian diplomatiyanın da İranın xarici siyasətində mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, müdafiə və diplomatiya dövlətin milli gücünün ayrılmaz hissələridir və İran hər iki istiqamətdə fəaliyyətini paralel şəkildə davam etdirəcək. Açıqlama bölgədə gərginliyin davam etdiyi və diplomatik səylərin intensivləşdiyi bir dövrdə diqqət çəkib.