#Yasir Ərafat

Təcrübəli bir jurnalisti hadisənin pərdəarxasını araşdırmağa sövq etmək üçün sadəcə bircə maraqlı hekayə kifayətdir. Əgər qarşınızdakı şəxs öz daxilində iki fərqli maraqlı hekayəni eyni anda daşıyırsa, bu araşdırma istəyi daha da dözülməz bir hal alır. Bu dəfə də olduqca maraqlı bir mpvzuya toxunmaq istərdik. Söhbət Anis Nəqqaşı adlı gəncdən gedəcək. Bu gənc livanlı hələ çox erkən yaşlarında FƏTH hərəkatının daxilindəki "Tələbə Taboru"na qoşulmuş, sonradan isə hərəkatın Mərkəzi Komitəsinin üzvü Xəlil əl-Vəzirin ("Əbu Cihad") birbaşa himayəsi altında fəaliyyət göstərmişdi.

11 fevral 1979-cu ildə İran inqilabının qələbəsinin elan edilməsindən bir həftə sonra Tehrandan bütün dünyaya tarixi fotoşəkil yayılacaqdı. Bu şəkillər sonradan regionda baş verəcək fırtınaları, o cümlədən "Əqsa tufanı" əməliyyatını və onun üzərindəki İranın birbaşa daxili barmaq izlərini anlamaq baxımından əvəzsiz qaynaq rolunu oynayır. Şəkildə sadə bir xalçanın üzərində elə iki şəxs əyləşib ki, regionun yaxın tarixini onların hekayələrinə dərindən toxunmadan qətiyyətlə yazmaq qeyri-mümkündür. Onlardan birincisi İran inqilabının ali rəhbəri Ayətullah Xomeyni, ikincisi isə müasir Fələstin müqavimət hərəkatının rəhbəri Yasir Ərafatdır.