Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə qarşı hərbi təcavüzünü sərt şəkildə qınayıb, o cümlədən Küveyt Beynəlxalq Hava Limanının hədəf alınmasını qeyd edib. Xarici İşlər Nazirliyi açıqlamasında vurğulayıb ki, bu hərəkətlər regionda təhlükəsizlik və sabitliyi bərpa etmək üçün beynəlxalq səyləri zəiflədir. Krallıq həmçinin Bəhreyn və Küveytlə həmrəylik nümayiş etdirərək onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdıqları bütün tədbirləri dəstəklədiyini bildirib.
#Təcavüz
Küveyt Xarici İşlər Nazirliyi İranın diplomatik nümayəndəliyinin iki üzvünü “persona non grata” elan edərək 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib. Nazirlik eyni zamanda İranın Küveytə qarşı həyata keçirdiyi təcavüzkar hərəkətlərə rəsmi etirazını bildirərək Tehranı xəbərdar edib. Bu addım Küveyt və İran arasında diplomatik gərginliyin artdığını göstərir.