#Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi

30 sentyabr tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya vəMedia” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub. Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinəyüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə vəbilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək.

Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir.Bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.

Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında effektiv əməkdaşlıq əlaqələri qurulmuş, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin qarşılıqlı fəaliyyəti istiqamətində vacib nəticələr əldə olunmuşdur

23 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Respublikasının Mediasının İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov arasında görüş baş tutub. Görüşdə Türk dövlətləri ilə Azərbaycan arasında media əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub, qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını qeyd edib.