#türkdünyası

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev arasında keçirilən görüşdə iqlim dəyişikliyi şəraitində mədəni irsin qorunması, ekoloji təhlükəsizlik və Türk dünyasının birgə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Türk xalqlarının təbiətə həssas yanaşmasını əks etdirən zəngin irsin beynəlxalq iqlim gündəliyinə inteqrasiyasının vacibliyini vurğulayıblar.

Bakıda keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində Türk dövlətləri arasında texnologiya, innovasiya və mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tədbirdə süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesi, enerji və dayanıqlı inkişaf kimi strateji mövzular üzrə panel və sessiyalar təşkil edilib. Zirvə çərçivəsində müxtəlif ölkələrdən mühəndislər, akademiklər və iş adamları arasında B2B görüşlər və elmi-texnoloji əməkdaşlıq imkanları da müzakirə olunub.