#Boeing

ABŞ Federal Mülki Aviasiya İdarəsi Boeing şirkətinə 737 MAX və 787 təyyarələri üzrə uçuşa yararlılıq sertifikatlarını yenidən vermək səlahiyyəti tanıyıb. Qərarın gələn həftədən qüvvəyə minəcəyi bildirilib. Qurum bunu uzunmüddətli təhlükəsizlik və keyfiyyət yoxlamalarının müsbət nəticələri ilə əsaslandırıb. Boeing bundan sonra sertifikatları Federal Mülki Aviasiya İdarəsinin nəzarəti altında rəsmiləşdirəcək. Bu addım şirkətin istehsal gücünü artırmasına imkan yarada bilər. Boeing 2019-cu ildə 737 MAX qəzalarından sonra bu səlahiyyətdən məhrum edilmişdi. Daha sonra 2022-ci ildə 787 proqramında istehsal qüsurlarına görə eyni qərar qəbul olunmuşdu. Yeni qərar Boeing-in fəaliyyətinə inamın bərpa olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Tramp silah istehsalını artırmaq üçün müdafiə sənayesi rəhbərləri ilə Ağ Evdə görüşəcək. Görüş ABŞ-ın İran müharibəsi və digər münaqişələrdən sonra silah ehtiyatlarının azalması fonunda keçirilir. Məlumata görə, ABŞ müttəfiqlərinə böyük həcmdə silah göndərib və bu, ehtiyatlarda azalmaya səbəb olub. Müdafiə sənayesi şirkətləri ilə istehsalın sürətləndirilməsi müzakirə ediləcək. Ağ Evdə bu, ikinci genişmiqyaslı görüşdür.

BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Liderlər iki ölkə arasındakı strateji əməkdaşlığın genişləndirilməsi və gündəmdəki beynəlxalq məsələləri müzakirə ediblər.

ABŞ Hava Qüvvələri Komandanı David Allvin, Air & Space Forces Association-un 2025 Hava, Kosmos və Kiber Konfransında çıxış edərək F-47 proqramı ilə bağlı məlumat verib. O xatırladıb ki, mart ayında ABŞ Prezidenti Donald Tramp, Yeni Nəsil Hava Hakimiyyəti (NGAD) proqramının insanlı qırıcı komponentini istehsal etmək üzrə tenderdə qalibin Boeing olduğunu açıqlamışdı.