ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.
#Azadlıq Layihəsi
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqtonun İrana qarşı hücum əməliyyatları başa çatıb və ölkə indi müdafiə mərhələsinə keçib. O, “Əfsanəvi qəzəb” adlı əməliyyatın sona çatdığını, prezident Donald Trampın isə yeni “Azadlıq layihəsi”ni başlatdığını açıqlayıb.
İsrail Hərbi Hava Qüvvələrinin yeni komandanı Umər Tişler Çərşənbə vəzifəsinin icrasına başlama mərasimində bəyan edib ki, yəhudi dövləti lazım gələrsə, İrana qarşı "bütün hava qüvvələrini" istifadə etməyə hazırdır. Tomer Barı bu postda əvəz edən Tişler deyib: "İrandakı hadisələri yaxından izləyirik və ehtiyac yaranarsa, bütün hava qüvvələrimizi şərqə yerləşdirməyə hazırıq".
ABŞ-ın müdafiə naziri Pit Heqset İranla hərbi qarşıdurma niyyətlərinin olmadığını bildirib. Nazirin sözlərinə görə, məqsəd İranın bölgədə yaratdığı təzyiqləri aradan qaldırmaq və ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməkdir. Heqset vurğulayıb ki, ABŞ bu prosesdə İranın hava məkanı və ya ərazi sularına daxil olmağa ehtiyac duymur və qarşıdurma niyyətində deyil