Təşkilat-ı Məxsusə, Osmanlı dövlətində İttihad və Tərəqqi Cəmiyyəti daxilində Ənvər Paşaya bağlı olaraq yaradılmış gizli təşkilatdır. II Məşrutiyyət dövründən sonra 1913–1918-ci illər arasında fəaliyyət göstərmiş, kəşfiyyat və təbliğat işləri aparan bir qurum olmuşdur.