#Kir Starmer

Böyük Britaniyanın baş nazir müavini Ancela Reyner vergi qalmaqalı səbəbindən istefa verib. Məlumata görə, Reyner həmçinin mənzil-kommunal təsərrüfatı, icmalar və yerli özünüidarəetmə naziri postunu, eləcə də Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edib. Baş nazir Kir Starmer onun istefasından məyus olduğunu bildirib və Reynerə gördüyü işlərə görə təşəkkür edib.

Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Qəzza zolağındakı vəziyyət dəhşətlidir və bölgədə yaranan aclıq insan tərəfindən yaradılmış süni aclıqdır. O qeyd edib ki, Qəzzadakı hadisələrlə bağlı dünya liderləri ilə danışıqlar aparır və atəşkəsin əldə olunması, bölgəyə humanitar yardımın çatdırılması və girovların azad olunması istiqamətində səylər göstərir. Baş nazir həmçinin iki dövlətli həll yoluna aparacaq sülh planı üzərində də işlədiklərini vurğulayıb.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, ölkədə sığınacaq axtaran qeyri-qanuni miqrantların yerləşdirildiyi otellərin bağlanması prosesi daha tez reallaşdırılacaq. Starmer sığınmacıların yerləşdirildiyi otellərin sistemli şəkildə boşaldılmasının vacibliyini vurğulayıb. Baş nazir qeyri-qanuni miqrasiya ilə mübarizədə qətiyyətli olduğunu bildirib: “İnsanların bu məsələ ilə bağlı niyə narahat olduqlarını tamamilə başa düşürəm.”

Ərdoğan, Qəzza zolağındakı humanitar vəziyyətin kritik həddə çatdığını, baş verənlərə yalnız reaksiya verməyin kifayət etmədiyini, bunun qarşısının alınması üçün addımlar atmağın bəşəriyyətin üzərinə düşən bir vəzifə olduğunu vurğulayıb.