#dolların möhkəmlənməsi təsiri

ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini 3,5%–3,75% aralığında sabit saxlaması göstərir ki, dünyanın ən böyük mərkəzi bankı inflyasiya ilə mübarizənin hələ başa çatmadığını düşünür. Bu, xüsusilə enerji qiymətlərinin artması və geosiyasi qeyri-müəyyənliyin güclənməsi fonunda baş verir. Bankın açıqlamasında qeyd olunub ki, ABŞ iqtisadi fəaliyyəti sabit templə genişlənməkdə davam edir, lakin inflyasiya hələ də yüksək səviyyədə qalır və bunun səbəblərindən biri də qlobal enerji qiymətlərinin artmasıdır.