#Kənd Təsərrüfatı Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.

2026-cı ilin 11-14 fevral tarixində Doha şəhərində keçirilmiş “AgriteQ 2026” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində, həmçinin İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə 14-17 fevral tarixində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilmiş 3-cü Məkkə Halal Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətində və Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

İlkin mərhələdə ölkə üzrə fermerlərə 77 milyon manatdan çox subsidiya ödənilib.Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişlərinin ilkin mərhələsinə start verib. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ya istinaden xəbər verir.,agentlikdən verilən məlumata görə, payızlıq əkinlər üzrə 217 min 617 fermerin kartlarına 77 milyon 154 min manat məbləğində subsidiya köçürülüb. Ödənişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib. Forum ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.

Müşavirəni giriş sözü ilə açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.

Qonaqları salamlayan nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəli əməkdaşlıq edir. Türkiyəli iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştirak etdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmindən istifadə edənlərin sayı artır və sığortalanan əkin sahələri genişlənir. 2025-ci ildə müxtəlif hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlərin Aqrar Sığorta Fondu tərəfindən qarşılanması, fermerlərə ödənişlərin kəskin artması səbəbindən əkin sahələrinin sığortalanmasına maraq kəskin artıb. Ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb.