Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    AKİA sədri Yalçın Camalov Tovuzda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

    6 Fevral 2026 23:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    AKİA sədri Yalçın Camalov Tovuzda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

    Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə texnika alışı, müasir suvarma sistemləri və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

    Qəbul zamanı fermerlərə Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına tətbiq edilən dövlət güzəştləri, aqrar təyinatlı kredit məhsulları barədə geniş məlumat verilib.

    AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Qəbuldan sonra AKİA sədri rayonun Abulbəyli kəndində fermer Hikmət Sadıqova məxsus istixana kompleksi və intensiv cins keçi təsərrüfatının fəaliyyəti ilə tanış olub. Təsərrüfat sahibi AKİA xətti ilə aşağı faizli kreditlərdən yararlandığını bildirib, damazlıq keçi təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

    #Kənd Təsərrüfatı Nazirliyi #Aqrar Kredit və İnkişaf Agentliyi #Kənd təsərrüfatı naziri Məcnun Məmmədov #Yalçın Camalov #Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

    27 İyul 2026 18:29

    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

    27 İyul 2026 18:11

    Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib

    24 İyul 2026 13:34

    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

    21 May 2026 19:13

    Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

    1 May 2026 20:58

    Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb

    3 Aprel 2026 09:59

    Məcnun Məmmədov Macarıstan səfiri və TDT rəsmiləri ilə aqrar əməkdaşlığı müzakirə edib

    31 Mart 2026 14:58

    Azərbaycan və İtaliya arasında aqrar sahədə əlaqələr müzakirə olunub

    24 Mart 2026 16:50

    Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb

    13 Mart 2026 11:10

    Azad olunmuş ərazilərdə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

    12 Mart 2026 14:05

    Milli Məclisdə aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

    11 Mart 2026 21:40

    Nazir Məcnun Məmmədov Xızı və Abşeronda yerləşən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub

    10 Mart 2026 12:57
    XƏBƏR LENTİ

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

    Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.