Qətər Turizm İdarəsinin marketinq qolu olan “Visit Qatar”, 2026-cı ilin yay mövsümü üçün nəzərdə tutulan genişmiqyaslı “Hala Summer” kampaniyasına start verib. Bu layihə həm yerli sakinlər, həm də beynəlxalq turistlər üçün Qətəri yay aylarında cəlbedici bir istirahət mərkəzinə çevirmək məqsədi daşıyır.