#World Shotokan Championship

Aprelin 23-dən 26-dək İstanbulda şotokan karate üzrə dünya çempionatı (World Shotokan Championship) keçirilib. On yeddi ölkədən idmançıların iştirak etdikləri yarışların mükafatçıları arasında Azərbaycandan olan iki qardaş da var. Cavad (13 yaş) və Fərhad (8 yaş) Cəfərovlar beş yaşından karate ilə məşğul olurlar və həmin vaxtdan bir sıra yerli və beynəlxalq yarışlarda iştirak ediblər.