#lazer əsaslı sistem

Məlumata görə, Kraus Hamdani Aerospace və PowerLight Technologies şirkətləri tərəfindən həyata keçirilən test zamanı K1000ULE tipli pilotsuz uçuş aparatı xüsusi enerji ötürmə sistemi ilə havada fasiləsiz fəaliyyət göstərib. Sınaq ABŞ Mərkəzi Komandanlığının dəstəyi ilə təşkil olunub. Bildirilib ki, lazer əsaslı sistem uçuş zamanı təxminən 1 kilovat güc ötürərək pilotsuz aparatın kəşfiyyat, müşahidə və rabitə funksiyalarını dayanmadan yerinə yetirməsinə imkan yaradıb. Bu texnologiya sayəsində aparat eniş etmədən uzun müddət havada qala bilir.