#F-35A

“F‑16 tədarükü ilə bağlı problem görmürük. Bizim əsas prioritetimiz F‑35-lərdir. İsrail və Yunanıstanın bu təyyarələrin bizə verilməməsi üçün lobbiçilik etdiyini bilirik. Türkiyə və ABŞ bu problemləri həll edəcək,” – deyə Gülər açıqlayıb. Güler bildirib ki, Türkiyə Böyük Britaniya ilə bağladığı razılaşma çərçivəsində 20 yeni Eurofighter döyüş təyyarəsi alacaq. Təyyarələrin tədarük planı belədir:

ABŞ-ın Ankara Böyükelçisi və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barak ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı müsbət münasibətlərin F-35 döyüş təyyarələrinin tədarükü üzrə ən məhsuldar danışıqlara imkan yaratdığını bildirib. Barak ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Türkiyə ilə F-35 proqramına yenidən qoşulma və Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin saxlanılması mövzusunda müzakirələrin davam etdiyini qeyd edib.

Səudiyyə Ərəbistanı ABŞ-ın yüksək texnologiyalı F-35 döyüş təyyarələrinin istifadəçi ölkələri sırasına daxil olub. Bu addım Krallığın müdafiə modernizasiyası strategiyasının növbəti mərhələsi və regional güc balansında yeni səhifə kimi qiymətləndirilir.