#Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)

2025-ci ilin avqust ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 986 min 866 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11 faiz azalaraq, 982 min 355 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq, 4 min 511 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq 9 min 771 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 9 min 677 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,1 dəfə artaraq, 94 ton təşkil edib.

2025-ci ilin avqust ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 2 milyon 699 min 604 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 16 min 315 nəfər, beynəlxalq reyslər üzrə isə dəyişməyərək, 683 min 289 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında Türkiyənin Muğla Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 3 milyon 121 min 707 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 811 min 722 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 1 milyon 309 min 985 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 3 milyon 888 min 89 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 360 min 874 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq 2 milyon 527 min 215 nəfər təşkil edib.

İstanbul Hava Limanı, Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən üç nüfuzlu qlobal mükafata layiq görülüb. İstanbul Hava Limanının operatoru olan İGA şirkəti, ABŞ mərkəzli X platformasındakı rəsmi hesabı vasitəsilə verdiyi açıqlamada, hava limanının "Avropanın Ən Yaxşı Hava Limanı", "5-ci Səviyyə Müştəri Təcrübəsi Akkreditasiyası" və "Qlobal Təlim Liderliyi" mükafatlarını qazandığını bildirib. “ACI tərəfindən üç möhtəşəm qlobal mükafata layiq görüldüyümüzü elan etməkdən məmnunluq duyuruq. Bu mükafatlar komandalarımızın fədakarlığının, milyonlarla sərnişinin bizə olan inamının və müştəri təcrübəsini mədəniyyətimizin əsas dəyərinə çevirmək vizyonumuzun bariz sübutudur.” - deyə açıqlamada qeyd olunub.