#hicab

Bəzən insan hansı ölkədə yaşadığını unudur. Azərbaycan məgər tarixi olaraq islam dünyasının tərkib hissəsi deyildirmi? Azərbaycanda hələ də uşaqlara Əhməd, Əli, Ömər kimi adlar qoyulmurmu? Bu məsələnin bir tərəfi. Daha sonra hansı metrik araşdırmalar hicabın və ya digər dini atributların təhsilə mane olduğunu göstəribdir. İnanclı ailələrin uşaqları arasında tərbiyə və təhsil səviyyəsinin aşağı olmasını göstərən metrik araşdırmalar varmı? Ümumiyyətlə, məsələnin bu cür qoyulması Türkiyədə olan acı təcrübəni niyə göz önünə gətirmir?

Fransa parlamentində bir qrup deputat “islamçı separatizm”lə mübarizəyə dair 17 tövsiyədən ibarət yeni hesabat təqdim edib. Sənəddə ən çox müzakirə yaradan təkliflərdən biri 16 yaşınadək qızların hicab taxmasının qadağan olunması və dini təşkilatlara nəzarətin sərtləşdirilməsidir. Hesabatda Ifop-un araşdırmasına istinad edilərək bildirilir ki, hazırda Fransada 15–24 yaş arası müsəlman qızların 44 faizi hicab taxır. 2003-cü ildə bu göstərici cəmi 16 faiz idi.

İtaliyada hakim partiya burka və niqabı bütün ictimai yerlərdə qadağan etmək üçün qanun layihəsi təqdim edib. Qadağanı pozanlara 300 ilə 3 min avro arasında cərimə tətbiq olunacaq. Bu qadağa artıq Lombardiya bölgəsində qüvvədə idi. İtaliyada hakimiyyətdə olan İtaliyanın Qardaşları Partiyası, "İslamla əlaqəli mədəni parçalanma ilə mübarizə" adı altında hazırlanmış geniş qanun layihəsinin bir hissəsi kimi, ictimai yerlərdə burka və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.