ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı iddianı yetərli sübut olmadığı üçün rədd edib. Məhkəmə universitetdə fələstin tərəfdarı etirazlar zamanı antisemitizm və yəhudilərə qarşı ayrı-seçkiliyə yol verildiyi barədə hökumətin təqdim etdiyi faktların ayrı-ayrı və təcrid olunmuş hadisələr olduğunu bildirib. Hakim Riçard Sterens bu halların federal mülki hüquqlar qanununun davamlı şəkildə pozulduğunu sübut etmədiyini qeyd edib.
#ABŞ məhkəməsi
ABŞ-ın federal hakimi Patti Saris Tramp administrasiyasına Cənubi Sudan vətəndaşları üçün Müvəqqəti Qorunan Statusun (TPS) ləğvinə icazə verib. Qərar Ali Məhkəmənin Haiti və Suriya ilə bağlı analoji qərarından sonra qəbul olunub. TPS proqramı münaqişə və ya təbii fəlakət yaşayan ölkələrin vətəndaşlarına deportasiyadan müvəqqəti müdafiə və işləmək hüququ verir. ABŞ hökuməti isə Cənubi Sudanın artıq bu status üçün şərtlərə cavab vermədiyini bildirir.
ABŞ-də keçmiş təhlükəsizlik rəsmisinə qarşı ciddi ittiham irəli sürülüb. ABŞ məhkəmə orqanları Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komini ölkənin prezidenti Donald Trampı ölümlə hədələməkdə ittiham edib.
ABŞ administrasiyası, bu il tətbiq edilən səyahət qadağaları və məhdudiyyətlər çərçivəsində 19 ölkənin vətəndaşlarının immiqrasiya müraciətlərini müvəqqəti dayandırıb. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) verdiyi təlimatda, geniş araşdırma aparılana qədər bütün I-589 (sığınacaq) müraciətlərinin dondurulmasını bildirib.
ABŞ-ın digər dövlətlərin daxili işlərinə müdaxiləsi yolverilməzdir.
ABŞ Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın vəzifəyə başladıqdan sonra imzaladığı doğum yerinə əsaslanan vətəndaşlıq hüququ ilə bağlı sərəncamı müdafiə etdi.