Neft gələcək onilliklərdə də həyati əhəmiyyətini qoruyacaq və OPEC-in proqnozuna görə, 2050-ci ilə qədər ona olan tələbat sutkada 123 milyon barelə çata bilər. Bu artım əsasən qlobal iqtisadi inkişaf və əhali sayının çoxalması ilə əlaqələndirilir. AzerVoice xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qays təşkilatın 65 illiyinə həsr olunmuş məqaləsində yazıb. Əl-Qays bildirib ki, “Gələcəyə baxdıqda, neftin həyati vacibliyini qoruyacağına əminliklə demək olar. OPEC-in “World Oil Outlook 2025” hesabatına görə, 2050-ci ildə neftə tələbat sutkada təxminən 123 milyon barelə çata bilər. Bu, iqtisadiyyatların genişlənməsi və artan əhali fonunda daha çox enerjiyə ehtiyac duyulması ilə bağlıdır. Enerji təhlükəsizliyi isə hələ də hər kəs üçün kritikdir və neft olmadan mümkün deyil.”
#neft məhsulları
2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub, beləliklə, göstərici illik müqayisədə 3,6 faiz azalıb.
ABŞ Dövlət Departamenti açıqlamasında Çində yerləşən iki xam neft və neft məhsulları terminal operatorunu “milyonlarla barrel” İran xam neftinin ABŞ-ın təyin etdiyi tankerlərə idxalına şərait yaratmaqda günahlandırıb. Bu, Çində operatorlara qarşı sanksiyaların dördüncü mərhələsidir. Bundan əlavə, Yunanıstan vətəndaşı Antonios Marqaritis və onun şirkətləri, eləcə də İran donanmasına aid təxminən onlarla gəmi “İran neftini nəql etmək üçün dəniz sektorunda vəzifəsindən istifadə etmək” iddiası ilə sanksiya siyahısına daxil edilib.
Qərara əsas səbəb kimi kəşfiyyat fəaliyyətinin ətraf mühitə təsirlərinin yetərincə qiymətləndirilməməsi və yerli sakinlərin mümkün neft dağılması riskləri barədə kifayət qədər məlumatlandırılmaması göstərilib. Məhkəməyə ətraf mühit təşkilatları Natural Justice və Green Connection tərəfindən müraciət olunmuşdu. Onlar Cape Town və Cape Agulhas arasındakı sahildən təxminən 10 min kvadrat kilometr məsafədə aparılacaq işlərin təhlükə yaratdığını əsas gətiriblər.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək. 2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi gözlənilir. 2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel səviyyəsində proqnozlaşdırılır.
Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 230 min 498 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 14 milyon 72 min 133 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.
Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 2 milyon 885 min 955 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 44 milyon 546 min 276 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani neft ixracının İraq-Türkiyə boru kəməri ilə bərpa edilməli olduğunu deyib.
İraqdan Türkiyəyə neft ixracının yenidən başlaması artıq zaman məsələsi hesab olunur.
Bu ilin yanvar- may ayında Türkiyə limanlarından 39 milyon 819 min 179 ton neft məhsulları daşınıb.