Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyə limanları ilə 15 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    30 İyul 2025 12:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə limanları ilə 15 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bu ilin yanvar- iyun ayında Türkiyə limanlarından 15 milyon 302 min 631 ton xam neft məhsulları daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 230 min 498 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 14 milyon 72 min 133 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

    “Bu ilin yanvar- iyun ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 14 milyon 274 min 159 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

    Qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyə limanları 33 milyon 433 min 627 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 234 min 521 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 199 min 106 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 868 min 760 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanları 208 milyon 148 min 523 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 693 min 740 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 193 milyon 454 min 783 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanlarından 34 milyon 605 min 110 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 779 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 61 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 718 olub.

    2025-ci ilin yanvar - iyun ayında Türkiyə limanları 29 min 446 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 880, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 564 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #neft məhsulları #xam neft #Xam neft daşınması #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik #Xam neft hasilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ mühasirəsinə baxmayaraq neft ixracını davam etdirir

    27 Avqust 2026 18:29

    Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

    26 Avqust 2026 19:21

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    16 Avqust 2026 09:30

    Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 18:00

    İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 16:08

    Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 18:00

    Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

    10 Avqust 2026 16:00

    BƏƏ-dən Türkiyə limanlarına 223 min tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 14:00

    Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    10 Avqust 2026 12:45

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.