ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə və yük daşımalarına dəyəcək mümkün zərərlərin İranın ABŞ-da dondurulmuş vəsaitləri hesabına qarşılanacağını bildirib. Tramp sosial media hesabında İranla bağlı açıqlama verərək, növbəti açıqlamaya qədər Hörmüz boğazından keçən gəmilər və yüklərlə bağlı yaranacaq hər hansı zərərin ABŞ-ın nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcəyini qeyd edib.
#İran ABŞ münasibətləri
İranın ABŞ tərəfindən İraqın Baş naziri Əli Zeydi vasitəsilə göndərildiyi bildirilən atəşkəs təklifini qəbul etmədiyi iddia olunur. Məlumata görə, ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda İraqın Baş naziri Əli Zeydi Tehrana son səfəri zamanı Vaşinqtonun hazırladığı atəşkəs təklifini İran rəhbərliyinə təqdim edib.
İran Hörmüz boğazında vəziyyətin artıq əvvəlki qaydada davam etməyəcəyini açıqlayıb. Tehran strateji dəniz keçidində nəzarətin İran İnqilab Keşikçiləri Korpusunun koordinasiyası altında həyata keçirildiyini bildirir.
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hörmüz boğazı ilə bağlı yeni hərbi ssenarilər gündəmə gəlib. ABŞ-da Hörmüz boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsini nəzərdə tutan alternativ plan müzakirə olunur. Məlumata əsasən, təqdim olunması gözlənilən bu planın əsas məqsədi strateji əhəmiyyət daşıyan boğazda dəniz nəqliyyatının yenidən açılmasını təmin etməkdir. Mənbə bildirib ki, mümkün əməliyyat yalnız dəniz qüvvələri ilə məhdudlaşmaya və quru qoşunlarının da iştirakını əhatə edə bilər.
İran xarici işlər naziri Abbas Əraqçi ölkəsinin xarici təzyiqlərə qarşı sərt mövqe tutacağını bəyan edib. Əraqçi ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasını “müharibə aktı” kimi qiymətləndirərək, bunun atəşkəs rejiminin kobud şəkildə pozulması olduğunu bildirib.