#hərbi insident

İsrail ordusu Livanın cənubunda “şübhəli hava hədəfi”nin aşkar edilərək yerə düşdüyünü açıqlayıb. Hadisənin İsrail qüvvələrinin nəzarət etdiyi əraziyə yaxın bölgədə baş verdiyi bildirilir. İnsidentdə insan itkisi qeydə alınmayıb. Hadisədən əvvəl İsrailin şimalında hava təhlükəsi siqnalı aktivləşdirilib. Ordunun məlumatına görə, “düşmən təyyarəsi” ehtimalı ilə xəbərdarlıq edilib. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd olunur. Gərginliyin davam etdiyi bildirilir. Vəziyyət izlənilir.

Türkiyədə hərbi helikopterin qəzaya uğraması ilə bağlı rəsmi qurumlar araşdırmalara başlayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Quru Aviasiya Komandanlığına məxsus CH-47 ağır nəqliyyat helikopteri təlim uçuşu zamanı Ankara şəhərinin Temelli bölgəsində qəzaya uğrayıb.