Qırğızıstan irəliləyiş üçün öz tərəfdaşlarına, o cümlədən Türkiyə və Azərbaycana güvənir. Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib. Onun sözlərinə görə, regional inteqrasiya son məqsəd deyil, davamlı bir prosesdir.