#Yaxın Şərqdə hərbi eskalasiya

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hörmüz boğazı ilə bağlı yeni hərbi ssenarilər gündəmə gəlib. ABŞ-da Hörmüz boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsini nəzərdə tutan alternativ plan müzakirə olunur. Məlumata əsasən, təqdim olunması gözlənilən bu planın əsas məqsədi strateji əhəmiyyət daşıyan boğazda dəniz nəqliyyatının yenidən açılmasını təmin etməkdir. Mənbə bildirib ki, mümkün əməliyyat yalnız dəniz qüvvələri ilə məhdudlaşmaya və quru qoşunlarının da iştirakını əhatə edə bilər.

İsrailin Baş naziri Benyamin Netanyahu İranla əldə olunmuş atəşkəs razılaşmasının kövrəkliyi barədə hökumət üzvlərinə xəbərdarlıq edib. İsrailin "Walla" xəbər portalının hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, Baş nazir bu bəyanatı Nazirlər Kabinetinin qapalı iclası zamanı səsləndirib.