#Fiba Holdinq ilə əməkdaşlıq imkanları müzakirə edildi

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə aparılan islahatlar işgüzar mühitin daha da yaxşılaşdırılmasına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır. Tərəflər biznes tərəfdaşlığının genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Bərpaolunan enerji və infrastruktur layihələrində iştirak, enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanları dəyərləndirilib.