#Əlirza Təngsiri

Müharibə zamanı İran Hərbi Dəniz Qüvvələri son onilliklərin ən ağır zərbəsini aldı: 150-yə yaxın hərbi dəniz vasitəsi sıradan çıxdı, yüzlərlə hərbçi həlak oldu. Ölənlər arasında Hörmüz boğazının bağlanması doktrinasının memarı sayılan "İnqilab Keşikçiləri Korpusu"nun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri və dəniz kəşfiyyatının rəhbəri Behnəm Rezai də var. Bu, sadəcə avadanlıq itkisi deyil, qeyri-ənənəvi dəniz müharibəsində qərar qəbul etmə və beyin mərkəzinə endirilən bir zərbə idi.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yayılan məlumata əsasən, ölkənin Silahlı Qüvvələrinin general-mayoru və Baş Qərargah rəisinin müşaviri Camşid İshaqi hücum nəticəsində həlak olub. İran mediası tərəfindən tirajlanan bəyanatda qeyd olunur ki, həyata keçirilən hücum nəticəsində general İshaqi ilə yanaşı, onun ailəsinin bir neçə üzvü də həlak olub. SEPAH hücumun təfərrüatları və harada baş verməsi barədə əlavə məlumat verməyib.