Türkiyə Region yeni gərginliklərə dözə bilməz - Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.