#ixracat

Qərar, Qəzzada istifadənin qarşısını almaq məqsədi daşıyır. Merz çıxışında, “İsrailə Qəzzada istifadə oluna biləcək silahları verməyəcəyik” - deyə bildirib. Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti ötən gün Qəzza şəhərinin işğalı ilə bağlı yeni planı təsdiqləyib. Bu qərar bölgədə gərginliyi daha da artırıb və beynəlxalq aləmdə, o cümlədən Türkiyə və Almaniyada kəskin reaksiyalara səbəb olub.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 2 milyard 609 milyon 212 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 429 milyon 891 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 5 milyard 512 milyon 669 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 777 milyon 528 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin iyun ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,1 faiz azalaraq 800 milyon 797 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,2 faiz artaraq, 5 milyard 93 milyon 718 min dollar olub.

2025-ci ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artaraq 755 milyon 396 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 4 milyard 815 milyon 671 min dollar olub.