#ixracat

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu, türk şirkətləri tərəfindən istehsal edilən hava balonlarının Ruanda, Qana, Misir, Azərbaycan, Qətər, Oman, Tanzaniya, Cənubi Koreya, Yaponiya, Meksika və İordaniyaya 42 ədəd göndərildiyini açıqlayıb. Misir 23 şarla lider ölkə olub. Nazir qeyd edib ki, hava balonları 2019-cu ildən SHGM-də qeydiyyata alınaraq, HÜRKUŞ təlim təyyarəsindən sonra Türkiyədə tip sertifikatı alan ikinci mülki aviasiya vasitəsi olub. İlk ixracat isə 2020-ci ildə Ruandaya həyata keçirilib. Türkiyə istehsalı balonlar Braziliya və Meksika Mülki Aviasiya Qurumları tərəfindən beynəlxalq sertifikatlarla tanınıb.

Türkiyə 2025-cü ilin iyul ayında Türkmənistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalaraq, 173 min 12 dollara çatdırıb. Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Türkmənistana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 2 milyon 442 min 37 dollara bərabər olub.

Türkiyə 2025-cü ilin iyul ayında Gürcüstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq, 7 milyon 190 min 28 dollara çatdırıb. Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Gürcüstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz azalaraq, 41 milyon 774 min 67 dollara bərabər olub.

Türkiyənin İraqa ixracı 2024-cü ildə 13 milyard dollara çatıb. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Nazirin sözlərinə görə, bu göstəricinin 333 milyon dolları sərbəst zonalarda fəaliyyət göstərən şirkətlərin payına düşüb. Nazir həmçinin İraqla ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) və Qarışıq İqtisadi Komissiya (KEK) mexanizmlərinin aktiv şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz azalaraq, 706 min 58 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 3 milyon 767 min dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 1 milyard 521 milyon 195 min dollara bərabər olub.