#Trump-ın enerji çıxılmazı: Strateji rezervlər qiymətləri sala biləcəkmi?

Müasir dünya iqtisadiyyatı son onilliklərin ən ağır sınağı ilə üz-üzədir. 28 fevral 2026-cı ildə başlayan ABŞ-İsrail və İran arasındakı hərbi münaqişə qlobal enerji arteriyası olan Hörmüz boğazının iflic olmasına gətirib çıxarıb. Dünya neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının 20%-nin keçdiyi bu strateji su yolunun Tehran tərəfindən bağlanması Brent markalı neftin qiymətini bir barrel üçün 100 dollardan yuxarı qaldırıb. Bu xaos fonunda Beynəlxalq Enerji Agentliyi (IEA) tarixin ən böyük addımını ataraq strateji rezervlərdən 400 milyon barrel neftin bazara çıxarılmasına qərar verib.