#Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu zəif və aciz adlandırıb.ABŞ Prezidenti: İsxak Hersoq Netanyahunu bağışlayacağı ilə bağlı mənə yalan deyib.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son vəziyyət, tətbiq edilən sanksiyalar və regional təhlükəsizlik məsələlərinə dair kəskin bəyanatlarla çıxış edib. VOA xəbər verir ki, prezident bildirib ki, İrana qarşı yeni blokada bazar ertəsi günündən etibarən qüvvəyə minəcək və digər dövlətlər də İranın neft satışının qarşısını almaq üçün fəal iş aparırlar.

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu tənqid edərək, onu "zəif və aciz" adlandırıb, həmçinin yalan danışmaqda ittiham edib. Trampın sözlərinə görə, Hersoq Baş nazir Benyamin Netanyahunu bağışlayacağına dair vəd versə də, bu öhdəliyi yerinə yetirməyib. Prezident Tramp Hersoqun "lider olmadığını" bəyan edib. "O, mənə dəfələrlə onu (Netanyahunu) bağışlayacağını demişdi və yalan danışdı," – deyə ABŞ rəhbəri bildirib. Tramp həmçinin vurğulayıb ki, Netanyahuya qarşı aparılan məhkəmə prosesi hərbi əməliyyatlara mane olur və "Bibi" boş şeylərə deyil, müharibəyə diqqət yetirməlidir.