Dünya ABŞ-ın Yaxın Şərqə doğru irəliləyən hərbi qüvvələrini, ABŞ-İsrail koalisiyasının İrana qarşı mümkün müharibəsini və bunun Hörmüz boğazındakı naviqasiyaya, neft-qaz qiymətlərinə təsirini narahatlıqla izlədiyi bir vaxtda, ABŞ Konqresinin Tədqiqat Xidməti (CRS) diqqətçəkən bir araşdırma dərc edib. 27 fevral 2026-cı ildə, yəni müharibənin başlamasından cəmi bir gün əvvəl işıq üzü görən "Hakimiyyətin bölünməsi və NATO-dan çıxma" adlı bu araşdırma, Prezident Trampın Konqresin razılığı olmadan ABŞ-ı Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxarmaq səlahiyyətinin olub-olmadığını müzakirə edir. Araşdırmanın məhz bu zaman kəsiyində dərc olunması xüsusilə diqqət çəkir.
#Donald Tramp NATO-nu kağız pələng adlandırdı və Xark adasını hədələdi
ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibəsində NATO ilə bağlı sərt xəbərdarlıqlarını bir daha dilə gətirib. VOA xəbər verir ki, Dövlət katibi bəyan edib ki, İranla müharibə başa çatdıqdan sonra Birləşmiş Ştatlar Şimali Atlantika Alyansı (NATO) ilə münasibətlərini "yenidən nəzərdən keçirməli" olacaq.
Yaxın Şərqdə dördüncü həftəsinə daxil olan hərbi münaqişə yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. ABŞ və İsrail hərbi hava qüvvələrinin İranın Nətənz nüvə obyektinə zərbələr endirdiyi, Tehranın isə buna cavab olaraq ilk dəfə region hüdudlarından kənara ballistik raketlər atdığı bildirilir. İranın Nətənz uran zənginləşdirmə zavoduna edilən hücumdan sonra binalara ciddi ziyan dəysə də, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ərazidə radiasiya sızmasının qeydə alınmadığını bəyan edib. Agentlik nüvə qəzası riskindən qaçmaq üçün tərəfləri hərbi təmkin nümayiş etdirməyə çağırıb. Buna cavab olaraq İran ordusu Hind okeanının mərkəzində yerləşən ABŞ və Britaniyanın Dieqo-Qarsiya müştərək hərbi bazasına iki orta mənzilli ballistik raket atıb. Raketlərin hədəfə dəymədiyi bildirilsə də, bu hadisə İranın Yaxın Şərq hüdudlarını aşan raket imkanlarını nümayiş etdirməsi baxımından ilk hal kimi qiymətləndirilir.