Türkiyənin Daxili Təhlükəsizlik Qüvvələri Baş Komandanlığı 12 vilayətdə 15 mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyatlar zamanı hesablarında 438 milyon lirə maliyyə hərəkəti qeydə alınan 109 şübhəlinin saxlanıldığını açıqlayıb. Qurumdan verilən məlumata görə, Türkiyə Respublika Baş Prokurorluqları və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, eləcə də Kiber Cinayətlərlə Mübarizə idarələrinin koordinasiyası ilə vilayət təhlükəsizlik qüvvələri tərəfindən 12 vilayətdə əməliyyatlar həyata keçirilib.
#cinayət
Türkiyədə İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları, cinayətkar dəstələrin ifşası və şübhəlilərin saxlanılması məqsədilə 15 iyul–13 avqust tarixləri arasında şəhər üzrə əməliyyatlar keçirib. Araşdırmalar nəticəsində "iş yerinə atəş açma", "hədə-qorxu", "quldurluq", "qəsdən xəsarət yetirmə", "icazəsiz silah istehsalı" və "qaçaqmalçılıq" kimi cinayətlərdə iştirak edən şəxslərin kimliyi və ünvanları müəyyən edilib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib.
İstanbulda bir nəfər Ayasofya məscidini yandırmağa cəhd edib. Sultanahmet Meydanı istiqamətinə getdiyi müəyyən edilən şübhəli şəxs, yaşadığı ünvanda saxlanılaraq həbs edilib. Məlumata görə, o əvvəllər Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında müalicə alıb.
Hökumətin hazırladığı qanun layihəsində göstərilir ki, qadın yalnız qadın olduğuna görə, nifrət və ya ayrı-seçkilik, yaxud onun hüquqlarını, azadlıqlarını və ya şəxsiyyətini boğmaq məqsədi ilə qətlə yetirilirsə, cinayəti törədən şəxs ömürlük həbs cəzasına məhkum edilir.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahunu və sabiq müdafiə naziri Yoav Qalant barəsində çıxarılmış həbs orderlərinin ləğv edilməsi ilə bağlı müraciəti rədd ediblər.