#İran və ABŞ arasında gərginlik daha da artır

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İran regionda fəaliyyət göstərən ABŞ şirkətlərinə qarşı mümkün zərbələrlə bağlı xəbərdarlıq edib. İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin enerji obyektlərinə hücum edilərsə, İran qüvvələrinin regionda yerləşən ABŞ şirkətlərinə məxsus və ya ABŞ payı olan müəssisələri hədəf ala biləcəyini açıqlayıb. Nazir vurğulayıb ki, İran öz enerji infrastrukturu təhlükə altında qalacağı halda cavab zərbələri endirəcək. Bununla yanaşı, Tehran mülki əhalinin yaşadığı ərazilərin hədəfə alınmaması üçün ehtiyatlı davranacağını da bildirib.