#Nyu-Yorkun yeni meri Zahran Mamdani fəaliyyətinə uğurla başlayıb

Siena Universitetinin yanvar ayının sonunda keçirdiyi rəy sorğusu göstərib ki, 34 yaşlı demokrat mer Mamdani Nyu-York sakinlərinin 68%-nin dəstəyini qazanır. Qəzet bunu şərh edərək bildirib ki, bu göstərici Amerika Demokrat Partiyasının gələcək siması hesab edilən əvvəlki mer Erik Adamsın və ondan əvvəlki mer Maykl Blumberqin əldə etdiyi ən yüksək reytinqlərdən də yuxarıdır.