#TDT-nin Fövqəladə Hallar üzrə əməkdaşlıq sazişi

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat Türk Dövlətləri Təşkilatının fövqəladə hallara cavab mexanizminin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib. Qazaxıstanın fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev Senatın plenar iclasında bildirib ki, saziş üzv dövlətlər arasında fəlakətlərə operativ reaksiya verilməsi və zərər çəkmiş ölkələrə könüllü yardım göstərilməsi üçün birgə mexanizm yaradacaq.