Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
#Heydər Əliyev Beynəlxalq Aeroportu
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 7-də Azərbaycana səfərə gəlib.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.
İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Hava Limanından AzerVoice-ə verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Bildirilib ki, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.
“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib