#Ərdoğan: Ədalətli sülhün heç vaxt uduzanı olmaz

Yaxın Şərqdə artan gərginlik və hərbi əməliyyatların genişlənməsi fonunda Türkiyə rəhbərliyi regionda sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətinin Qəzza zolağından yayındığı bir vaxtda iki dövlətli həll perspektivini zəiflədən addımlar atır və bu siyasət regionda sülh prosesini təhlükə altına qoyur.