#Ərdoğan: Mehdi Eker FAO baş direktoru vəzifəsinə namizəddir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mehdi Ekerin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru vəzifəsinə namizədliyinin irəli sürüldüyünü açıqlayıb. Dövlət başçısı bu barədə 17-ci Ənənəvi Səfirlər İftar Proqramında çıxışı zamanı məlumat verib. Ərdoğan bildirib ki, müasir dövrdə dünyanın qarşılaşdığı ən ciddi problemlərdən biri ərzaq təhlükəsizliyidir və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq aparılır.