Şahin Mustafayev Bakıda səfərdə olan Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
#Rusiya Federasiyası
Qazaxıstan Nəqliyyat Nazirliyi Qazaxıstanda "Azərbaycan Hava Yolları" tərəfindən idarə olunan "Embraer 190 4K-AZ65" təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı aralıq bəyanat yayıb. Bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, hadisəni araşdıran komissiya aviasiya qəzasının səbəblərini və qəzaya zəmin verən amilləri müəyyən etmək üçün işlərini davam etdirir:
Rusiya, Ukrayna ilə davam edən müharibədə diplomatik həll yollarına üstünlük verdiyini bəyan etsə də, hava məkanında atəşkəslə bağlı heç bir razılaşmanın əldə olunmadığını açıqlayıb. AFP-nin yaydığı məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov Fransız xəbər agentliyinin sualını cavablandırarkən bildirib ki, “Rusiya Silahlı Qüvvələri üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və hərbi obyektlərə, eləcə də onlara yaxın infrastruktura hücumları davam etdirirlər.” Peskov eyni zamanda qeyd edib ki, Rusiya siyasi və diplomatik yollarla məqsədlərinə çatmaq üçün danışıqlar prosesində iştirakda maraqlıdır.