#Cingiz Aytmatov

Müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı Çingiz Torequl oğlu Aytmatov 12 dekabr 1928-ci ildə Qırğızıstan Respublikası Talas vilayətinin Şəkər kəndində anadan olub.

19 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı, Qırğızıstanın YUNESKO yanında daimi nümayəndəliyi və TÜRKSOY tərəfindən görkəmli Qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş "Çingiz Aytmatov və YUNESKO: Dünyanı Birləşdirən Ümumi Miras" adlı beynəlxalq konfrans təşkil olunur.