#İslamda fal və cadunun hökmü: Ruhumuzu batil inanclardan necə qorumalı?

Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər! (Qədim xalqların çoxu caduya inanırdı. Buna görə də dini etiqadlarının içinə də cadu qarışmışdı. Yəhudilər arasında da cadugərlik yayılmışdı və onlar Süleyman peyğəmbərin cadugər olduğuna inanırdılar. Quranda Süleymanın peyğəmbər olduğu xəbər verildikdə yəhudilər: “Mühəmməd Süleymanı peyğəmbər zənn edir. Halbuki o, bir cadugər idi”, – demişdilər.)

"Mənə ümmətimdən bir neçəsini göstərdilər. Onlar dağları və tarlaları doldurmuşdular. Onların sayının çoxluğu məni həm təəccübləndirdi, həm də sevindirdi. Mənə dedilər ki, onlardan yalnız yetmiş min nəfər Cənnətə sorğu-sualsız daxil olacaq. Soruşdum ki, bunlar hansılardır? Dedilər ki, onlar həyatlarına cadu və falı qarışdırmayanlar və Allah-Təaladan başqasına güvənməyənlərdir."