Türkiyə Qəzzaya humanitar yardımlarını davam etdirir. Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya ümumilikdə 101 min 271 ton humanitar yardımın çatdırıldığını açıqlayıb. Yardımlar 14 təyyarə və 16 gəmi ilə, həmçinin yerli təchizatla həyata keçirilib.
#humanitar böhran
Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qəzza zolağında İsrail ordusunun təhlükəli yola yönləndirdiyi humanitar yardım yük maşını yemək almağa çalışan fələstinlilərin üzərinə aşıb. Hadisə nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb. Qəzza hökumətinin media ofisi İsrailin yardımların bölgəyə girişini məhdudlaşdırmasının humanitar böhranı dərinləşdirdiyini və xaos yaratdığını bildirib
ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Misirin 107 ton dizel yanacağı daşıyan iki yanacaq tankeri Qəzza zolağına daxil olmaq üçün hazır vəziyyətdədir.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza zolağına səfər edib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qəzzada aclıqla mübarizə aparmaq məqsədilə xüsusi bir plan üzərində işləyir. Bu barədə Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.
Sloveniya hökuməti baş naziri Robert Qolobun göstərişi ilə İsrailə silah ixracına, idxalına və Sloveniyadan İsrailə silah tranzitinə tam qadağa qoyulduğunu elan edib. Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi olub
İsrail ordusunun Qəzzanın Sudaniyyə bölgəsində həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı artıb. Bu haqda Fələstin Hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qəzzadakı vəziyyət davam etdirilə bilməyəcək bir hal alıb. Bunu İtaliyanın Baş naziri Corcia Meloni İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı deyib.
Həmçinin, İsrail ordusunun 19 yanvar tarixində əldə olunan atəşkəsi pozaraq martın 18-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 8 755 fələstinlinin həlak olduğu, 33 192 nəfərin yaralandığı bildirilib.