#Meksikada El Mencho öldürüldü: ölkə boyu silahlı iğtişaşlar

Meksikada federal təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı keçirdiyi irimiqyaslı əməliyyatdan sonra ölkənin bir çox ştatında zorakılıq halları kəskin artıb. Bu vəziyyətlə əlaqədar Türkiyənin Meksikadakı Səfirliyi orada yaşayan və səfər edən Türk vətəndaşlarına müraciət edərək ehtiyatlı olmağa çağırıb. Səfirlik tərəfindən yayımlanan bəyanatda hadisələrin diqqətlə izlənildiyi və vətəndaşların təhlükəsizlik qaydalarına ciddi riayət etməli olduğu vurğulanıb.

Meksikada ölkənin ən böyük cinayət şəbəkələrindən birinin liderinə qarşı keçirilən əməliyyatdan sonra bir sıra şəhərlərdə genişmiqyaslı iğtişaşlar qeydə alınıb. Rəsmi açıqlamaya əsasən, əməliyyat zamanı 4 kartel üzvü öldürülüb, 2 nəfər saxlanılıb, 3 hərbçi isə yaralanıb. Əməliyyatdan dərhal sonra kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Bir neçə şəhərdə yollar bağlanıb, nəqliyyat vasitələri və iş yerləri yandırılıb.