#Akın Gürlek

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüş keçirib. Tərəflər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin əhəmiyyəti vurğulanıb. Son illərdə qarşılıqlı səfərlərin və imzalanmış sənədlərin əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Həmçinin birgə fəaliyyət mexanizmlərinin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər hüquq və ədliyyə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın cinayətkarların ekstradisiyası məsələsində Türkiyəyə hər cür dəstəyi göstərdiyini bildirib. Nazir qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri, baş prokuroru və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.

Özgür Özəl barədə Türkiyədə “halkı yanıltıcı bilgiyi alenen yayma” ittihamı ilə istintaq başlanıb. Hadisə 8 may 2026-cı il tarixində televiziya proqramında Özgür Özəlin Akın Gürlək barəsində səsləndirdiyi fikirlərlə bağlıdır. Prokurorluq həmin açıqlamaların ictimai qaydanı poza biləcək, ictimai sülhə təsir göstərə biləcək və həqiqəti əks etdirməyən xarakter daşıdığını bildirib.

Türkiyənin Ədliyyə naziri Akın Gürlek, Qəzzaya humanitar yardım daşıyan "Sumud" donanmasına qarşı İsrail tərəfindən həyata keçirilən hücumla bağlı hazırlanan ittihamnamənin qəbul edildiyini və mühüm bir məhkəmə prosesinin başladığını elan edib. Nazir öz sosial media hesabında paylaşım edərək, bu prosesin beynəlxalq hüquq müstəvisində tarixi bir əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Türkiyənin Ədliyyə naziri Akın Gürlek, İstanbulun Levent rayonunda polis nöqtəsinə edilən silahlı hücumdan dərhal sonra İŞİD terror təşkilatına qarşı ölkə boyu genişmiqyaslı əməliyyatların başladıldığını elan edib. Nazir bildirib ki, 34 şəhərdə eyni vaxtda keçirilən əməliyyatlar çərçivəsində ümumilikdə 273 şübhəli barəsində hüquqi tədbir görülüb, onlardan 198-i saxlanılıb.