#texnologiya

Broadcom və Apple əməkdaşlıqlarını 2031-ci ilədək uzadıblar. Yeni razılaşmaya əsasən, Broadcom Apple üçün xüsusi hazırlanmış çiplərin istehsalı və tədarükünü davam etdirəcək. Bu addım Broadcom-un Apple-ın əsas təchizatçılarından biri kimi mövqeyini gücləndirir. Analitiklər hesab edirlər ki, razılaşma Apple üçün çip tədarükünün sabitliyini təmin edəcək. Şirkət uzun müddətdir bəzi komponentləri özü hazırlamağa çalışsa da, mürəkkəb çiplər üzrə Broadcom-la əməkdaşlığı davam etdirir. Mütəxəssislərin fikrincə, bu razılaşma hər iki şirkət üçün strateji əhəmiyyət daşıyır. Apple Broadcom-un ən böyük müştərilərindən biri olaraq qalır. Razılaşma texnologiya sektorunda əməkdaşlığın davam edəcəyini göstərir.

"Google" zərərli proqramların fəaliyyətində istifadə olunduğu bildirilən "NetNut" şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Şirkət bu addımı ABŞ Federal Təhqiqat Bürosu və digər tərəfdaşlarla birlikdə atdığını açıqlayıb. Əməliyyat zamanı zərərli proqramların idarə olunmasında istifadə edilən hesablar və xidmətlər bağlanıb. Texniki məlumatlar hüquq-mühafizə orqanları ilə bölüşdürülüb. "Google" milyonlarla cihazın artıq həmin şəbəkə tərəfindən istifadə oluna bilməyəcəyini bildirib. Şirkətin sözlərinə görə, bu addım kibercinayətkarlıqla mübarizəyə töhfə verəcək. Araşdırmalar davam etdirilir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Microsoft for Startups Investor Network” proqramına qoşularaq yerli startapların beynəlxalq bazarlara çıxışı və qlobal texnologiya ekosisteminə inteqrasiyasını təmin edəcək. Proqram çərçivəsində startaplar “Azure” bulud kreditləri, süni intellekt xidmətləri, “GitHub Enterprise” və digər texnoloji imkanlardan istifadə edəcək. Aylıq qiymətləndirmə və mentorluq mexanizmləri startapların inkişaf mərhələsində texnoloji və biznes qərarlar qəbul etməsini asanlaşdıracaq. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı il olaraq müəyyən olunub.

OpenAI GPT-5.6 modelinin geniş ictimaiyyət üçün istifadəyə verilməsini təxirə saldığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, model ilkin mərhələdə yalnız əvvəlcədən yoxlanılmış məhdud sayda tərəfdaşın istifadəsinə veriləcək. Bu qərarın ABŞ hökumətinin müraciətindən sonra qəbul edildiyi qeyd olunur. Məlumata əsasən, qabaqcıl süni intellekt modellərinin milli təhlükəsizlik baxımından yarada biləcəyi risklər Vaşinqtonda ciddi müzakirə olunur. ABŞ rəsmiləri texnologiya şirkətlərindən belə sistemlər üçün daha güclü təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri tətbiq etməyi tələb edirlər. OpenAI-nin qərarı süni intellekt sahəsində təhlükəsizlik və dövlət nəzarəti ilə bağlı müzakirələrin daha da gücləndiyini göstərir. Şirkət modelin tam istifadəyə veriləcəyi tarix barədə hələlik əlavə məlumat açıqlamayıb. Bu addım qabaqcıl süni intellekt texnologiyalarının tənzimlənməsi ilə bağlı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bakıda keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində Türk dövlətləri arasında texnologiya, innovasiya və mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tədbirdə süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesi, enerji və dayanıqlı inkişaf kimi strateji mövzular üzrə panel və sessiyalar təşkil edilib. Zirvə çərçivəsində müxtəlif ölkələrdən mühəndislər, akademiklər və iş adamları arasında B2B görüşlər və elmi-texnoloji əməkdaşlıq imkanları da müzakirə olunub.

Cəmi bir neçə il əvvəl zəvvarın səfəri hansısa paytaxtdakı kiçik bir ofisdən başlayır və uzun bir vasitəçi şəbəkəsi vasitəsilə başa çatırdı. Bu gün isə həmin səfər qlobal Həcc bazarını tamamilə yenidən formalaşdıran mərkəzləşdirilmiş sistem daxilində, vahid bir platformada cəmləşib. Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən idarə olunan bu transformasiya sektoru çox tərəfli açıq modeldən dəqiq əməliyyat qaydaları və rəqəmsal platformalar tərəfindən idarə olunan mütəşəkkil sistemə keçirdi.

​Görgün, “Bu gün Türkiyə idxal sistemlərinin istifadəçisindən öz yerli sistemlərini dizayn edən, istehsal edən və ixrac edən bir oyunçuya çevrilib,” – deyə bildirib. O, Türkiyənin Qurtuluş Savaşı ruhu ilə bugünkü yüksək texnologiya nailiyyətləri arasında əlaqə olduğunu qeyd edərək, müdafiə sənayesinin iqtisadi, hərbi və diplomatik gücə çevrildiyini vurğulayıb. Görgün, 3,500-dən çox şirkət və 100,000-ə yaxın işçinin dəstəyi ilə yerli istehsal nisbətinin 83%-ə çatdığını, 2024-cü ildə isə ixracatın 29% artaraq 7.1 milyard dollara yüksəldiyini açıqlayıb.

Nəqliyyat və İnfrastruktur naziri Matteo Salvini layihənin uzun illər davam edən müzakirələrdən sonra təsdiqləndiyini bildirib. 3,3 kilometr uzunluğa malik olacaq körpü ortada iki dəmir yolu xətti və hər iki istiqamətdə üç avtomobil zolağı ilə layihələndirilib. Qeyd edək ki, 400 metr hündürlükdəki iki qüllə arasında salınacaq körpünün 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihənin güclü küləklərə və zəlzələlərə tab gətirəcək müasir mühəndislik texnologiyaları ilə inşa ediləcəyi vurğulanır. Körpünün regionda iqtisadi artım, məşğulluq və infrastruktur inkişafına mühüm töhfə verəcəyi gözlənilir.