Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada serbiyalı həmkarı Aleksandr Vuçiç ilə keçirdiyi mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmi bir daha diqqətə çatdırıb. Dövlət başçısı Türkiyənin regionda sülh və sabitliyin qarantı rolunda çıxış etməyə davam edəcəyini vurğulayıb. Ərdoğan Türkiyə və Serbiya arasındakı münasibətləri "qızıl dövr" kimi xarakterizə edərək, iqtisadi göstəricilərin bu dostluğun ən bariz nümunəsi olduğunu qeyd edib.