#sülh

Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən hərbi mərasimdə çıxış edərək, ölkəsinin xarici təhdidlərə boyun əyməyəcəyini bildirib. Dövlət başçısı şənbə və ya bazar günü "Milli Suverenlik və Sülh Planı" çərçivəsində milli səfərbərlik elan edəcəyini açıqlayıb. Maduro bütün milis qüvvələrini, ehtiyatda olan əsgərləri və könüllü vətəndaşları orduya qoşulmağa çağıraraq, “Venesuela sülh istəyir, lakin ölkəmizi müdafiə etməyə də tam hazırdır” - deyə bildirib. Prezident həmçinin “Cuadrantes de Paz” (Sülh meydanları) təşəbbüsü ilə təhlükəsizlik qüvvələrinin 5336 bölgədə yerləşdirildiyini vurğulayıb. Maduro çıxışında ABŞ-ı imperialist siyasətdə günahlandıraraq, Venesuelanın bütün təzyiqlərə qarşı müqavimət göstərəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın bölgədə artan hərbi varlığına qarşı milli müdafiə tədbirləri gücləndiriləcək.

2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişi imzaladılar. Bu saziş, Azərbaycanın 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı torpaqlarını azad etməsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı qalan ərazilərin də azad olunması ilə başlayan uzun və çətin diplomatik prosesin zirvəsi oldu.

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır. Bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!", - paylaşımda qeyd olunub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb. Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır