#XX əsrin ən böyük elmi casusluq işi: Klaus Fuks dosyesi

İkinci Dünya müharibəsindən sonra Qərb dünyasını sarsıdan casusluq qalmaqallarından biri Böyük Britaniyada üzə çıxıb. Almaniyada anadan olmuş, sonradan Böyük Britaniya vətəndaşlığı almış tanınmış fizik Klaus Fuks atom bombası ilə bağlı məxfi məlumatları Sovet İttifaqına ötürdüyünə görə 1950-ci il fevralın 3-də Böyük Britaniyada həbs edilib. Fuksun saxlanılması beynəlxalq casus şəbəkəsinin ifşasına səbəb olub və nəticədə ABŞ-da Culiyus və Etel Rozenberqin həbsi və edamı ilə nəticələnən proseslər zənciri başlayıb.